OPEC Azərbaycanda neft hasilatının azalmasını proqnozlaşdırır

OPEC Azərbaycanda neft hasilatının azalmasını proqnozlaşdırır
# 11 iyul 2019 17:06 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda gündəlik orta neft hasilatının 2020-ci ildə azalmasını proqnozlaşdırır.

APA-Economics”in OPEC-ə aylıq hesabatına istinadən verdiyi məlumata əsasən, gələn il Azərbaycanda gündəlik orta neft hasilatı 0,79 mln. barel səviyyəsində olacaq. Buna baxmayaraq, il ərzində neft hasilatında əhəmiyyətli azalma gözlənilmir.

OPEC-in məlumatına əsasən, bu il ərzində Azərbaycanda maye karbohidrogenlərin gündəlik istehsalı 0,80 mln. barel olacağı proqnozlaşdırılır, bu da 2018-ci ilin göstəricisinə uyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR