Azərbaycanın bir neçə dövlət qurumu arasında sığorta bazarının inkişafı məqsədilə əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycanın bir neçə dövlət qurumu arasında sığorta bazarının inkişafı məqsədilə əməkdaşlığa dair memorandum imzalanıb
# 28 iyun 2019 11:14 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354S nömrəli Sərəncamı ilə təsdiq edilən “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandum imzalanıb.

"APA-Economics"in məlumatına görə, anlaşma Memorandumu bu qurumların iştirakı ilə ölkədə sığorta sahəsi üzrə maarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılması və aidiyyəti qurumların İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasına dəstəyin verilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Sənədi Maliyyə Bazarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edən Asim Zülfüqarov, Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Təhsil Nazirinin müavini İdris İsayev, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov və Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR