Minsk-2019: Kamran Şahsuvarlı Oyunlarla vidalaşıb

Minsk-2019: Kamran Şahsuvarlı Oyunlarla vidalaşıb
# 23 iyun 2019 22:07 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, üçüncü yarış günündə Azərbaycan millisinin daha bir idmançısı rinqə çıxıb.

75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı 1/8 finalda qüvvəsini sınayıb. Boksçumuz “Uruçye Arena”da baş tutan yarışda Maykl Nevinlə (İrlandiya) görüşüb. O, qarşılaşmadan məğlub ayrılaraq, mübarizəni dayandırıb.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR