2019-2020-ci tədris ilində Azərbaycan Təhsil Şəbəkəsinə 1000-dən çox ümumi təhsil müəssisəsi qoşulub.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən Azərbaycan Təhsil Şəbəkəsi hazırda 3 900-ə yaxın təhsil müəssisəsini əhatə edir.