Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, rayon sakini, 39 yaşlı Anar Məmmədzadə rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, 1 ədəd televizor aparatını və 1 ədəd oyun avadanlığını oğurlayıb. Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.