"Qarabağ" darmadağınla mərhələ adlayıb - FOTOSESSİYA - YENİLƏNİB-6

"Qarabağ" darmadağınla mərhələ adlayıb - FOTOSESSİYA - YENİLƏNİB-6
# 31 iyul 2019 22:52 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

APA-nın məlumatına görə, Azərbaycan çempionu növbəti mərhələyə vəsiqəni İrlandiya təmsilçisi “Dandolk”la görüşdə qazanıb.

Səfərdə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsinin cavab qarşılaşmasını “Dalğa Arena”da keçiriblər. Ağdamlılar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.

“Qarabağ”a qələbəni yeni transferləri qazandırıblar. Xayme Romero hər hissədə bir qol vurubsa, fasilədən sonra Aylton Silva rəqib qapısına yol tapıb. I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə duelində (0:0, 2:0) olduğu kimi yenə səfərdə heç-heçə edən komanda evdə quru hesabla qalib gəlib.

Beləliklə, III təsnifat mərhələsinə darmadağınla yüksələn “Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək uğrunda mübarizəni davam etdirəcək. Ağdam klubu növbəti raundda Kiprin APOEL komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da və ya 7-də səfərdə, cavab görüşü 13-də Bakıda baş tutacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya) - 3:0
QOLLAR:
Romero, 12, 87, Aylton, 76
Baş hakim: Svein Oddvar Moen
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 1:1

***

Saat. 22:47

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Dandolk" (İrlandiya) oyununda Ağdam təmsilçisi hesabı artırıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 87-ci dəqiqəsində Xayme Romero özünün ikinci, komandasının üçüncü qoluna imza atıb - 3:0.

***

Saat. 22:35

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Dandolk" (İrlandiya) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 76-cı dəqiqəsində Ağdam təmsilçisi rəqibin qapısından ikinci qolu keçirib. Bu dəfə Aylton qonaqları mərkəzə dəvət edib - 2:0.

***

Saat. 22:04

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Dandolk" (İrlandiya) oyununda ikinci hissə başlayıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqədən sonra Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edir.

***

Saat. 21:48

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Dandolk" (İrlandiya) oyununda birinci hissə yekunlaşıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqədən sonra Ağdam təmsilçisi 1:0 hesabı ilə öndədir. Komandamızın heyətində Xayme Romero qol sevinci yaşayıb.

***

Saat. 21:14

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Dandolk" (İrlandiya) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 12-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Xayme Romero fərqlənib - 1:0.

***

Saat. 21:00

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti matçını keçirir.

APA-nın məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiya çempionu “Dandolk”la üz-üzə gəlir. Səfərdə 1:1 hesablı heç-heçəyə nail olan “Qarabağ” cavab görüşünü Bakıda keçirir.

I təsnifat mərhələsində Albaniya “Partizani”sini də cavab görüşündəki qələbə ilə Avropa Liqasına göndərən (0:0, 2:0) Q.Qurbanovun yetirmələri eyni aqibəti “Dandolk”a yaşatmağa çalışır.

Qeyd edək ki, bu cütün qalibi Kiprin APOEL, uğursuzu isə Slovakiyanın “Slovan” klubu ilə görüşəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya)
Baş hakim:
Svein Oddvar Moen
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 1:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR