Pandemiya dövründə 2124 teledərs təqdim edilib

Pandemiya dövründə 2124 teledərs təqdim edilib
# 11 iyun 2020 15:37 (UTC +04:00)

COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat “Mədəniyyət” və “ARB Günəş” telekanalları üzərindən TV dərslər yayımlanıb, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, həmçinin 25 aprel tarixindən hər həftənin şənbə günləri məktəbdənkənar fəaliyyət üzrə “Dərsdən sonra” verilişinin yayımına start verilib.

2 aprel 2020-ci il tarixindən isə “Virtual məktəb” layihəsi çərçivəsində ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilib. Onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyonu ötüb. Həmin platforma üzərindən hər həftə şagirdlər arasında “Virtual əlaçı” müsabiqəsi keçirilib. 100-dən artıq şagird bu müsabiqənin qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR