Gürcüstanda hava yolu ilə sərnişin daşımaları 18% artıb

Gürcüstanda hava yolu ilə sərnişin daşımaları 18% artıb
# 29 iyul 2019 12:35 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstan hava limanlarından istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% və ya 383 894 nəfər artaraq 2 487 043-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin (GNTA) təqdim etdiyi hesabatında deyilir.

Hesabata əsasən, hesabat dövründə Gürcüstan aeroportlarından uçuşların sayı 12,9% artaraq 12 099-a bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR