Səbaildə növbəti videokonfrans keçirilib

Səbaildə növbəti videokonfrans keçirilib
# 14 may 2020 18:55 (UTC +04:00)

Xüsusi karantin rejimi dövründə rayon ərazisində aparılan dezinfeksiya işləri, sakinlərə göstərilən ərzaq yardımları və əhalini narahat edən digər məsələlər ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə RİH başçısının müavinlərinin, aparatının şöbə müdirlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videokonfrans keçirilib.

Səbail RİH-dən APA-ya verilən məlumata görə, müşavirə zamanı icra başçısı koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində yaşayan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində görülən işlərdən bəhs edib: “Koronavirus pandemiyası dövründə əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması işləri davam etdirilir. Ölkə başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan və dövlətin mənafeyinə ciddi zərbə vuran şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaq. Bu cür hallar sırasında hüquqi və fiziki şəxslərə qanunsuz arayışların verilməsi, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi və korrupsiya faktlarını qeyd etmək olar. Xalqımızla dövlətimiz arasındakı münasibətlərin daha da güclənməsinə xidmət edən ölkə başçısının tapşırıqlarını məmurlar vicdanla, şəffaf və dürüst şəkildə icra etməlidirlər”.

Sonda RİH başçısı konfrans iştirakçılarına və aidiyyəti qurum rəhbərlərinə verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icra olunması ilə əlaqədar müvafiq göstərişlər verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR