Nyu-Yorkda atışma olub, 1 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB

Nyu-Yorkda atışma olub, 1 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB
# 28 iyul 2019 09:45 (UTC +04:00)

Nyu-Yorkun Bruklin rayonunda bayram şənliyi zamanı atışma olub.

APA-nın xəbərinə görə, bu barədə "New York Post" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Atışma nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda polis atəş açan şəxsləri axtarır.

***

saat

08.10

Nyu-Yorkun Bruklin rayonunda baş vermiş atışma zamanı azı 7 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “ABC” telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, silahlı insident idman meydançasında baş verib. Yaralılar təcili xəstəxanaya çatdırılıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.

İnsident barədə hələlik digər məlumatlar verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR