Bakıda mənzildən oğurluq etmiş şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q. Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.
29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M. Əliquzuyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.