Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb
# 08 aprel 2020 08:54 (UTC +04:00)

 

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-nın yerli bürosuna  verilən məlumata görə, BPİ-nin Kəpəz  rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. 

Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR