Bakıda "Tütünü yox, sağlamlığı seçin" adlı konfrans keçirilib

Bakıda "Tütünü yox, sağlamlığı seçin" adlı konfrans keçirilib
# 31 may 2019 15:20 (UTC +04:00)

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Tütünü yox, sağlamlığı seçin" adlı konfrans keçirilib.

ONA-nın məlumatına görə, konfrans 31 May - Dünya tütünlə mübarizə gününə həsr olunub.

ATU-nun Pulmonologiya şöbəsinin həkimi Dilarə Baxşəliyeva çıxış edərək siqaretin zərərləri haqqında ümumi məlumat verib. O bildirib ki, nikotin alkoqoldan 15 qat, kokaindən 5 qat artıq asılılıq yaratmaq qabiliyyətinə malikdir: "20 il gündə bir qutu siqaret çəkmək insan orqanizmində 7 kiloqram qətranın toplanmasına gətirib çıxarır. Siqaret bir çox xəstəliyə səbəb olur. Hazırda dünyada ölümə səbəb əsas vasitələrdən biridir. Ən böyük xərçəngyaradıcı vasitələrdən biri siqaretdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ən çox yayılmış xərçəng növü ağ ciyər xərçəngidir ki, bunun da əsas səbəbi siqaret alışqanlığıdır. Ağ ciyər xərçəngindən ölən xəstələrin onundan doqquzu siqaret çəkir. Siqaret saç, diş tökülməsinə, kataraktaya, dəri qırışlarına, ürək-damar xəstəliklərinə də səbəb olur. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı siqaret alışqanlığını xəstəlik adlandırır. Bu da çox ciddi müalicə tələb edən xəstəlikdir".

Bildirilib ki, siqaret çəkmə yaşı əksər ölkələrdə 12 yaşa düşüb: "Bu gün ölkəmizdə də siqaret çox bahalı məhsul deyil, bu da onun geniş yayılmasına gətirib çıxarır. Statistika göstərir ki, siqaretdən ilk dəfə istifadə edən 4 insandan üçü siqaret aludəçisinə çevrilir. Siqaret çəkənlərin isə 67 faizi siqareti buraxmaq istəyir. Gündə 10 ədəddən az siqaret çəkənlərin arasında isə siqareti buraxmaq istəyənlər daha azdır".

Elektron siqaretlərin zərərindən danışan həkim onu da əlavə edib ki, yanlış təsəvvürə görə, elektron siqaretlər siqareti tərgitməyə kömək edir: "Əslində elə deyil, elektron siqaretin tərkibində tütün dumanı ilə eyni olan kimyəvi maddələr var. Onun zərəri siqaretlə eynidir və siqareti tərgitməyə qətiyyən təsir etmir".

Konfrans daha sonra məruzələrlə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR