AQTA-nın sədri: "Agentliyin nəzarət sistemi digər nəzarət sistemlərindən fərqlənir"

AQTA-nın sədri: "Agentliyin nəzarət sistemi digər nəzarət sistemlərindən fərqlənir"
# 03 may 2019 12:13 (UTC +04:00)

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) adından dələduzlar tərəfindən qida obyektlərində qanunda kənar tələblərin irəli sürməsi ilə bağlı aşkarlanan faktlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən lazımi hüquqi qiymət veriləcək.

ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, Agentliyinin nəzarət sistemi digər nəzarət sistemlərindən fərqlənir.

"Bizdə hər hansı əraziyə görə nəzarət etmək və yaxud kütləvi nəzarət sistemi, qida obyektlərinin yoxlama prinsipi tamamilə fərqli formadadır. Bu, yalnız Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş, xüsusi sənədlə öz təsdiqini tapan, eyni zamanda ancaq konkret faktlar aşkar olunduğu halda nəzarət və tənzimləmə həyata keçirilir. AQTA bu sahədə mərhələli şəkildə Azərbaycanda qida təhlükəsizliyi sisteminin tətbiqi üzrə qurulub. Burada sahibkarların fəaliyyətinə maneçilik törətmək, kütləvi şəkildə yoxlamalar aparmaq prinsipi, beynəlxalq standartlara uyğun olan prinsip deyil", - deyə Q. Təhməzli bildirib.

Agentliyin sədrinin sözlərinə görə, əhali, vətəndaşlar, KİV-lər bu məsələyə qoşulmalıdırlar ki, dələduzlar sahibkarlıq strukturlarına qeyri qanuni tələblər irəli sürməsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR