Komitə sədri: "Azərbaycanda qız uşaqlarına münasibət narahatlıq doğurur"

Komitə sədri: "Azərbaycanda qız uşaqlarına münasibət narahatlıq doğurur"
# 18 may 2019 12:17 (UTC +04:00)

“Azərbaycanda yeni doğulan qız uşaqlarına qarşı diskriminasiya, neqativ faktlar qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır”.

ONA-nın məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfransda bildirib.

H. Hüseynova deyib ki, Azərbaycanda qız uşaqlarına münasibət narahatlıq doğurur: “Təbiət özü oğlan və qızlar arasında balansı tənzimləyir. Lakin əhalinin artımına müdaxilə olunur. Cinsiyyətin əvvəlcədən müəyyən olunması nəticəsində doğulan oğlanların sayı çoxalıb və disbalanslıq yaranıb”.

H.Hüseynova Azərbaycanda oğlan uşağına verilən üstünlüyə səbəb olan stereotiplərin aradan qaldırılması ilə bağlı maarifləndirmə işlərinin daha da gücləndirilməsini təklif edib: “Xüsusi ilə də ailədə oğlanlar düzgün tərbiyə olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR