Respublikanın müxtəlif guşələrindən Prezident İlham Əliyevə məktublar gəlir.
APA məktublardan bir neçəsini təqdim edir.
“Çox hörmətli Prezident.
Koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Mən fəxr hissi keçirirəm və qürrələnirəm ki, Sizin Prezidenti olduğunuz dövlətdə yaşayıram. Siz xalqınızı, millətinizi canınızdan da çox istəyirsiniz. Əminik ki, bu şərəfli işinizi bundan sonra da uğurla davam etdirəcəksiniz.
Hörmətlə,
Baba Səmədov
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü
Azərbaycan Respublikası, Şəki şəhəri”.
“Hörmətli cənab Prezident.
Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyası tam nəzarət altındadır. Halbuki dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və ölüm halları dəfələrlə çoxdur.
Əlbəttə, bu Sizin uzaqgörənliyinizin sayəsindədir. Sizinlə fəxr edirik. Allah Sizə və ailənizə cansağlığı versin.
Mən Sizin vətəndaşa necə dəyər verdiyinizin canlı şahidi olmuşam. 2017-ci ildə Neftçalaya səfəriniz zamanı mənim fermer təsərrüfatımda oldunuz, təsərrüfatın üzvləri ilə səmimi görüş keçirdiniz, müvafiq tövsiyələr verdiniz.
Biz Azərbaycan xalqı fəxr edirik ki, Sizin kimi Liderimiz var. Bu işləriniz bir daha sübut edir ki, Siz Azərbaycan xalqının dahi Lideri Heydər Əliyevin davamçısınız.
Allah Sizi qorusun.
Hörmətlə,
İkinci dərəcəli əmək ordenli Hacıyev Əlihüseyn.
Azərbaycan Respublikası, Neftçala rayonu, Boyat kəndi”.
“Çox hörmətli möhtərəm Prezident.
Mən bir Azərbaycan gənci olaraq, bu çətin dövrdə biz məcburi köçkünlərə göstərdiyiniz qayğıya görə Sizlərə öz adımdan və məskunlaşdığımız yataqxananın məcburi köçkünləri adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik. Hər şey üçün təşəkkür edirik.
Hörmətlə,
Cabbarlı İlkin Nurəddin oğlu - Qubadlı rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu”.
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi müraciət edərək, həm bizə yaradılan şəraitə, həm tətbiq edilmiş onlayn dərs sisteminə, həm də bu ağır günlərdə xalqımıza, millətimizə qayğı göstərib yanımızda olduğunuza görə təşəkkürümü bildirirəm.
Televiziyada Sizə yazılan məktubları görüb mən də öz təşəkkürümü və minnətdarlığımı çatdırmaq qərarına gəldim.
Mənim ən böyük arzum Dövlət Sərhəd Xidmətində zabit kimi çalışıb Azərbaycan Respublikasına xidmət etməkdir. Həm hərbi xidmətə olan marağım, həm də Prezidentimə, xalqıma olan sevgim məni bu peşənin vurğunu edib. Zamanı gəldikdə Sizin əmrinizlə torpaqlarımızı geri qaytarmaq üçün mətanətlə ən irəlidə getməyə hazıram.
Mənim anam da bir tibb işçisi olaraq koronavirusa qarşı ən öndə mübarizə aparanlardandır. İnşallah, bu ağır günləri geridə qoyub gözəl günlərə addım atacağıq. Allah bizlərin köməyində olsun.
Cənab Prezident, bir daha Sizə və ailənizə təşəkkür edirəm. Bu sınaq günlərində Sizə cansağlığı, uğurlar arzulayıram. Allah Sizləri qorusun.
Hörmətlə,
Paşayev Fuad Adil oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Möhtərəm cənab Prezident.
Ölkəmizdə şəhid ailələrinə olan yüksək münasibət Sizin şəhidlərin ruhuna sonsuz ehtiram hissinizdən, şəhid ailələrinə olan böyük qayğınızdan irəli gəlir. Mən Heydər Əliyev Fondunun xətti ilə müayinə və müalicə olunduğuma görə, Sizə və Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümü bildirirəm.
Əziz Prezidentimiz, ölkəmizdə koronavirusa qarşı mübarizə çərçivəsində vətəndaşların sağlamlığını düşünməyiniz, karantin dövründə maddi çətinliklərlə üzləşmiş ailələrə etdiyiniz yardımlar, pandemiyaya qarşı yüksək səviyyədə qabaqlayıcı tədbirlərin təşkili bir şəhid anası kimi ürəyimə rahatlıq gətirir. Övladımın düşmənlə mübarizədə şəhid olması ilə nə qədər qürur duyuramsa, nəvə-nəticələrimin bu virusun qurbanına çevrilməsindən o qədə vahimələnirəm. Çox sağ olun ki, xalqımızı bu bəladan qorumaq üçün bütün imkanları səfərbər edirsiniz. Gördüyünüz bütün işlərə görə 117 ailə üzvüm – 17 övladım, 45 nəvə və 55 nəticəm adından Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı hər bir işdə Sizə güvənir, dəstəyinizi, gücünüzü daim hiss edir, Sizinlə qürur duyur. Tanrı Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Şəhid anası Saray Fərziyeva
Azərbaycan Respublikası, Astara rayonu”.
“Hörmətli cənab Prezident.
Siz hər zaman vurğulayırsınız ki, “Mən hər bir azərbaycanlının Prezidentiyəm və hər bir azərbaycanlının yanındayam”. Biz də bunu həmişə hiss edirik. Bu çətin dövrdə Sizin xalqın yanında olmanız buna bariz nümunədir. Məhz buna görə Sizə minnətdarıq.
Cənab Prezident, hər çətin gündə Sizinlə yanaşı olan, Sizinlə çiyin-çiyinə xidmət edən, xalqına diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da “çox sağ olun” deyib, minnətdarlığımızı bildiririk.
Ulu öndər Heydər Əliyevin siyasi irsini sevən və dəstəkləyən bir nəslin nümayəndəsi kimi Sizi, bir seçiciniz olaraq hər zaman dəstəkləmişəm və dəstəkləyəcəyəm. Sizinlə yanaşı Sizi dəstəkləyənlərə də “çox sağ olun” demək istəyirəm. Sizə xain gözlə baxanları isə pisləyirəm.
Möhtərəm Prezident, Siz doğru yoldasınız və bu yolda Sizə uğurlar arzulayıram. Ulu Tanrı Sizi qorusun, xalqına çox görməsin.
Dərin ehtiram hissi ilə,
Zəngilan rayonundan məcburi köçkün, Qarabağ Müharibəsi veteranı Şükürov Sultan Bəylər oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Hörmətli cənab Prezident.
Ölçüyəgəlməz xidmətlərinizə görə bir vətəndaş kimi Sizə minnətdarıq. Mən gənc dövlətimizin dünya dövlətləri arasında böyük nüfuza malik olmasından qürur duyuram.
Siz xalqın çətin anlarında, təbii fəlakətlər zamanı vətəndaşın yanında oldunuz. Məcburi köçkünlərə qayğınız isə ölçüyəgəlməzdir. Münxendəki görüşdə Paşinyana ustadlıq dərsi keçməniz isə Sizə olan sevgimizi qat-qat artırdı.
Son zamanlar ölüm kabusuna çevrilmiş, dünya iqtisadiyyatını iflic vəziyyətə salmış, bəşəriyyətə qlobal təhlükə yaradan koronovirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməmişdir.
Mənim yaşım 65-i ötmüşdür. Pandemiya ilə mübarizə tədbirləri haqqında məlumatları, Sizin çıxışlarınızı mətbuatdan izləyirəm və hər gün qürur hisləri keçirirəm. Görürük ki, Sizin üçün hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması bu gün hər şeydən irəlidir. Mən də xalqımızı həmrəyliyə səsləyən “Biz birlikdə güclüyük!” çağırışı edən rəhbərə “min alqışlar olsun” deyirəm.
Yaranmış iqtisadi vəziyyətdə də Siz birinci növbədə vətəndaşlarımızı düşündünüz. Sizin atdığınız hər bir addım bizdə nikbinlik yaradır.
Heydər Əliyev Mərkəzinin binasının üzərində pandemiyadan əziyyət çəkən ölkələrin bayrağının dalğalandırılması Azərbaycanın bütün dünyada sülh, dostluq, tolerantlığın, insanlığa sevgi mesajı idi.
Böyük Yaradan adı Azərbaycan dövlətçilik tarixinə əbədi həkk olunmuş ümummilli liderimiz Heydər Əliyevin davamçısı kimi Sizi hifz etsin.
Hörmətlə,
Qubadlı rayonundan məcburi köçkün Əhmədov Kamil Həsənxan oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.
“Möhtərəm cənab Prezident.
Hazırda bəşəriyyət koronavirus pandemiyasının yaratdığı problemlərlə, böhranlarla üz-üzə qalmışdır. Pandemiyanın təhlükəsinin miqyası inkişaf etmiş dövlətlərin düşdüyü dəhşətli vəziyyətdə öz əksini tapmışdır. Belə bir fövqəladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, qabaqlayıcı tədbirlər, sosial rifahın yüksəldilməsi tədbirləri Sizin Azərbaycan xalqı üçün qayğıkeş Lider olmağınızın təzahürüdür. Şəxsiyyətindən, yaşından və dinindən asılı olmayaraq həmişə vətəndaşlarımızın yanında olmuş, dərdlərinə dərman olmusunuz. Xarici media orqanlarında Azərbaycan Respublikasının pandemiya ilə apardığı mübarizə modelini nümunə kimi göstərildiyini görəndə dərin fəxr hissi keçirdirəm. Xalqımızın rifahı üçün göstərdiyiniz xidmətə görə Nizami yurdu Gəncədən Sizə ailəmizin səmimi qəlbdən Salamını göndərir və dərin minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Azərbaycan Texnologiya Universitetinin tələbəsi Elxan Hüseynov
Azərbaycan Respublikası, Gəncə şəhəri”.
“Möhtərəm cənab Prezident.
Qürurla deyə bilərik ki, bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizə Sizin rəhbərliyinizlə çox yüksək səviyyədə təşkil olundu, dövlətimiz tərəfindən zamanında qəbul edilən mükəmməl qərarların müsbət nəticələri artıq göz qabağındadır.
Cənab Prezident, kommunal xərclər üçün limitin artırılması, aztəminatlı və imtiyazlı ailələrə yardım paketlərinin çatdırılması, işsizlərə birdəfəlik ödənişlərin verilməsi, bir sözlə, hər bir azərbaycanlının dövlətimizin diqqət və qayğısının mərkəzində olması Sizin hər zaman vətəndaşları düşünməyinizin aydın təzahürüdür.
Hörmətli cənab Prezident, xalqımıza daim dayaq olaraq, bizim həyat şəraitimizin yaxşılaşdırılmasına, sağlamlığımızın qorunmasına və problemlərimizin anında həll edilməsinə göstərdiyiniz xüsusi diqqətə görə şəxsən öz adımdan, kəndimizin bütün sakinləri adından Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Baliyev Pənah Şamil oğlu.
Azərbaycan Respublikası, Qax rayonu, Zəyəm kəndi”.
“Hörmətli cənab Prezident.
Azərbaycanda koronavirus pandemiyası yayılan andan indiyədək ölkəmizi, millətimizi mümkün olacaq itkilərdən və iqtisadiyyatımızı ziyanlardan maksimum şəkildə qoruya bildiniz. Tapşırıqlarınız əsasında hökumət tərəfindən görülmüş tədbirləri müsbət qiymətləndirərək, Sizə, ailə üzvlərinizə və bütün dövlət strukturlarına minnətdarlığımı və sonsuz təşəkkürlərimi bildirirəm.
Karantin zamanında bizə edilmiş maddi yardımlara görə bütün sahibkarlar adından Sizə xüsusi minnətdarlığımı çatdırıram. Bu yardımlar hazırki dövrdə neçə-neçə ailənin maddi sıxıntısını minimuma endirdi. Bütün bu işlər vətəndaşlara diqqətinizin və insanların sağlamlığını hər şeydən üstün tutmağınızın, xalqımızla həmrəy olmağınızın bariz nümunələridir. Allahdan bütün arzularınızın yerinə yetməsini və xalqımıza etdiyiniz yaxşılıqların əvəzini almağınızı diləyirəm. Ulu Tanrı Sizi, yaxınlarınızı və bütün xalqımızı qorusun.
Hörmətlə,
Dadaşova Nuranə Kamal qızı.
Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Kürkəndi kəndi”.
“Hörmətli cənab Prezident.
Dünyanı saran COVID-19-un Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün atdığınız qabaqlayıcı addımlar ölkəmizdə xəstəliklə bağlı vəziyyətin yaxşılaşmasına səbəb oldu. Xalqımızın sağlamlığının qorunması üçün karantin rejimi tətbiq edilməsəydi, bəlkə də indi xəstələrin sayı ilə bağlı rəqəmlər bu virusun faciələr törətdiyi ölkələrdəki ilə eyni olardı. Dünyada xəstəliyə yoluxanların və bu səbəbdən ölənlərin sayında artım tempi müşahidə olunarkən ölkəmizdə koronavirusdan sağalanların sayında dinamika çox müsbətdir. Bu, bizi sevindirir.
Cənab Prezident, bu, Sizin yüksək idarəçilik qabiliyyətiniz, hər bir insana qayğıkeş münasibətiniz sayəsində mümkün oldu. Xəstəliklə mübarizə zamanı xalqımıza göstərdiyiniz kömək - əhalinin həssas qrupuna aid insanlara edilən yardımlar, tələbələrin illik təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi, 190 manat məbləğində birdəfəlik müavinətin verilməsi işsiz və həssas əhali qrupuna böyük dəstək oldu.
Atam 2-ci qrup əlil, anam isə şəkər xəstəsidir. Siz bizim kimi həssas əhali qrupuna aid olan valideynləri və tələbələri sevidirdiniz. Biz də üzərimizdə çalışaraq, seçdiyimiz ixtisasdan asılı olmayaraq, hər birimiz öz sənətimizi sevərək öyrənib dövlətimizə, xalqımıza şərəflə, layiqli şəkildə xidmət edəcəyik. "Biz birlikdə güclüyük!" çağırışınız işimizdə bizlərə stimul olacaq.
Hörmətlə,
Hüseynova Səkinə Xanəli qızı.
Azərbaycan Respublikası, Beyləqan rayonu”.
“Hörmətli cənab Prezident.
Bildirmək istəyirəm ki, dövlətə və dövlətçiliyimizə bağlı bir vətəndaş kimi, neft sənayesində çalışan bir insan olaraq ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəkləyir, gördüyünüz təqdirəlayiq işləri izləməklə yanaşı, həm də təbliğ edirəm.
Cənab Prezident, son dövrlər pandemiya ilə əlaqədar Sizin tərəfinizdən və Mehriban xanım Əliyeva tərəfindən xalqımıza ünvanlanan müraciətlər bizdə dövlətimizə qarşı böyük inam hissi oyatdı. Sizin rəhbərliyinizlə koronavirusa qarşı bir çox təşkilati məsələlərin operativ şəkildə həll edilməsi onu deməyə əsas verir ki, dövlətimiz etibarlı əllərdədir.
Görülən operativ tədbirlər nəticəsində güc strukturları asayişin qorunmasında fəal iştirak edir, səhiyyə işçilərimiz sanitar-epidemioloji vəziyyətə uyğun koronavirusla bağlı vəziyyətə nəzarət edirlər. Sosial sahədə də aidiyyəti qurumlar vətəndaşların maddi rifahının yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmir.
Sizin uzaqgörənliyiniz sayəsində respublikamızda qısa zaman ərzində tibbi maska istehsal edən müəssisə qurularaq istifadəyə verildi, bu xəstəliklə mübarizə üçün modul tipli xəstəxanaların tikintisinə başlanıldı və respublikamıza yeni tibbi ləvazimat və avadanlıqlar gətirildi. Bunlarla yanaşı, dövlətimiz üçün bu çətin anlarda böyük fədakarlıq göstərərək bəzi dost və qonşu ölkələrə yardımlar etdiniz.
Cənab Prezident, bütün bunlar Sizin aliliyinizdən, sadəliyinizdən və ucalığınızdan xəbər verir.
Dünya arenasında özünəməxsus dəst-xətti ilə seçilən bir rəhbər kimi Siz dövləti ilə dövlətləşən, milləti ilə millətləşən, el dilində əfsanələşən bir Lidersiniz.
Respublikamızın gələcək inkişafı naminə işlərinizdə Sizə uğurlar diləyir, Uca Allahdan xoş müjdələr arzu edirəm.
Dərin ehtiram hissi ilə,
Musayev Təsvir.
Azərbaycan Respublikası, Siyəzən rayonu, Qara Siyəzən kəndi”.
“Hörmətli cənab Prezident.
Ölkəmizə də gəlib çatmış koronavirus pandemiyasına qarşı mübarizə respublikamızda yüksək səviyyədə təşkil edilib. Karantin rejiminin tətbiqi bu bəladan daha az itkilərlə qurtulmağımıza imkan verdi. Bu xidmətlərinizə görə Sizə minnətdaram. İnsanların sağlamlığını düşünərək verdiyiniz qərar və tövsiyələr öz müsbət nəticələrini göstərməkdədir.
İşsiz olsam da, karantin rejimində çətinlik çəkmədim. 190 manat birdəfəlik ödəməni də aldım. Sizin sayənizdə karantin günlərini daha rahat keçirdik. Bütün bunlara görə Sizə "Çox sağ olun!" deyirəm.
Millətini, xalqını fikirləşən Prezident olduğunuz uçun Sizi çox sevirik. Allah Sizi var etsin. Sizə və xalqımıza bu pandemiya ilı mübarizədə səbir diləyirəm. Mən inanıram ki, biz bu imtahandan da üzüağ çıxacağıq. Şəxsən öz adımdan və ailəmin adından Sizə sonsuz təşəkkürlərimi bildirirəm.
Hörmətlə,
Rüstəmova Nəzrin Elsevər qızı.
Azərbaycan Respublikası, Ağstafa rayonu, Eynallı kəndi”.
“Hörmətli cənab Prezident.
Yaşlı nəslin nümayəndəsi olaraq respublikamızda pandemiyanın yayılmasının qarşısının alınmasında gördüyünüz təxirəsalınmaz tədbirləri alqışlayıram.
Bütün sosial sahələrdə olduğu kimi, vətəndaşlarımızın sağlamlığının qayğısına qalmağınız və onlara göstərilən diqqətiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. Koronavirus xəstəliyinin qarşısının alınmasını, vətəndaşların sağlamlığının qorunmasını təmin etmək üçün həyata keçirilən tədbirlər hamımızın ürəyincədir.
Bu tədbirlərə, vətəndaşların qayğısına qaldığınıza görə minnətdarlığımı bildirir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, xoş günlər, bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Mehdiyev Ağarəzi Qulu oğlu.
Azərbaycan Respublikası, Hacıqabul rayonu”.
“Əziz Prezidentimiz.
Tarix elminə məlumdur ki, hər bir millətin və xalqın çətin və kəşməkəşli anlarında çox güclü bir tarixi şəxsiyyətə ehtiyacı olur. Məhz bu mənada ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev keçən əsrin 90-cı illərində Azərbaycan adlı bu qədim məmləkəti məhv olmaq təhlükəsindən xilas edərək, xalqına arxalanmaqla müstəqil və suveren Azərbaycan Respublikasını qurdu. Ulu Öndər demişdi: "Mən İlhama özüm qədər inanıram".
Cənab Prezident, istər dövlətimizin, istərsə də dünyamızın bu çətin, fəlakətli günlərində Siz əməli işinizlə, böyük dövlətçilik təcrübənizlə düşmənlərimizə sübut etdiniz ki, hər bir Azərbaycan ailəsinin yanındasınız, xalqımızın ümid, güvən, pənah yerisiniz. Artıq Sizin təkcə Azərbaycanın yox, dünyanın tanınmış siyasi liderlərindən biri olmağınızla fəxr edirik.
Sizin tövsiyə və tapşırıqlarınıza əsasən bölgələrimizdə də həssas təbəqədən olan aztəminatlı ailələrə, eləcə də bütün rayon sakinlərinə xüsusi diqqət və qayğı göstərilir.
Uca Allahdan Sizə möhkəm cansağlığı arzulayıram. Tanrı Sizi qorusun.
Dərin minnətdarlıq hissi ilə,
Ayadov Cümşüd Məzahir oğlu, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Ağsu rayonu, Çaparlı kəndi”.
“Möhtərəm cənab Prezident.
Biz - Naftalan şəhər Qasımbəyli kəndinin sakinləri əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi barədə Sərəncamınızla yeni subartezian quyularının qazılacağı yaşayış məntəqələri sırasına bizim kəndimizin də daxil edilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu çətin dövrdə, bütün qüvvələrin koronavirusla mübarizəyə səfərbər olunduğu bir zamanda Sizin bu addımınız bizlərdə işləməyə daha böyük həvəs oyadır.
Kəndimizdə suvarma suyunun çatışmazlığı neçə illər idi ki, bizi narahat edirdi. Əkin sahələrini vaxtında suvara bilmədiyimizə görə məhsulumuz itkiyə gedirdi. Sizin müvafiq Sərəncamınızla kəndimizdə yeni subartezian quyusunun qazılması əkin sahələrinin su təminatının daha da yaxşılaşdırılmasında və həyətyanı sahələrin suvarılmasında mühüm rol oynayacaqdır. Bu, suvarma suyu məhdud olan kəndimiz üçün bir bayramdır desək, yəqin ki, yanılmarıq.
Sizə sonsuz ehtiramımızı bildiririk. Allah Sizi, ailənizi və millətimizi qorusun.
Dərin hörmətlə,
Quliyev Mətləb İsax oğlu
Rüstəmov Şair Salman oğlu
Eminov Şahin Qafar oğlu
Qurbanov Mübariz Mədət oğlu
Şükürov Ələmdar Əfil oğlu və başqaları”.
“Salam hörmətli Prezidentimiz.
Mən Sizə bir Milli Qəhrəman ailəsi olaraq bu təşəkkür məktubunu yazmağı özümə borc bildim. Koronavirusla bağlı göstərdiyiniz diqqətə görə Sizə minnətdaram. Bu çətin günlərdə əsl rəhbər kimi xalqımızın yanında olub bizə dəstək oldunuz. Siz bizə çox məsuliyyətlə yanaşırsınız, hər birimizə öz isti münasibətinizi göstərirsiniz. Bu minvalla mən də öz vətəndaşlıq borcumu yerinə yetirirəm və Sizə dəstək oluram. Çox sağ olun, cənab Prezident.
Hörmətlə,
Vaqif Həbibov
Azərbaycan Respublikası, Şirvan şəhəri”.
“Çox hörmətli möhtərəm Prezident.
Mən bir Azərbaycan gənci olaraq, bu çətin dövrdə biz məcburi köçkünlərə göstərdiyiniz qayğıya görə Sizlərə öz adımdan və məskunlaşdığımız yataqxananın məcburi köçkünləri adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik. Hər şey üçün təşəkkür edirik.
Hörmətlə,
Cabbarlı İlkin Nurəddin oğlu - Qubadlı rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu”.
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi müraciət edərək, həm bizə yaradılan şəraitə, həm tətbiq edilmiş onlayn dərs sisteminə, həm də bu ağır günlərdə xalqımıza, millətimizə qayğı göstərib yanımızda olduğunuza görə təşəkkürümü bildirirəm.
Televiziyada Sizə yazılan məktubları görüb mən də öz təşəkkürümü və minnətdarlığımı çatdırmaq qərarına gəldim.
Mənim ən böyük arzum Dövlət Sərhəd Xidmətində zabit kimi çalışıb Azərbaycan Respublikasına xidmət etməkdir. Həm hərbi xidmətə olan marağım, həm də Prezidentimə, xalqıma olan sevgim məni bu peşənin vurğunu edib. Zamanı gəldikdə Sizin əmrinizlə torpaqlarımızı geri qaytarmaq üçün mətanətlə ən irəlidə getməyə hazıram.
Mənim anam da bir tibb işçisi olaraq koronavirusa qarşı ən öndə mübarizə aparanlardandır. İnşallah, bu ağır günləri geridə qoyub gözəl günlərə addım atacağıq. Allah bizlərin köməyində olsun.
Cənab Prezident, bir daha Sizə və ailənizə təşəkkür edirəm. Bu sınaq günlərində Sizə cansağlığı, uğurlar arzulayıram. Allah Sizləri qorusun.
Hörmətlə,
Paşayev Fuad Adil oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Hörmətli cənab Prezident.
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan olunmuş karantin dövründə xalqımıza, o cümlədən Masallı rayonuna göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Daim xalqımızın yanında olmağınızdan, tapşırıq və tövsiyələrinizlə aztəminatlı ailələrə maddi yardımlar edilməsindən və görülən işlərdən ilhama gələn xalqımızın təşəbbüslərinizə qoşulması bizləri çox sevindirdi.
Masallı rayon rabitəçiləri adından bu çətin günlərdə xalqımızın sağlamlığını və təhlükəsizliyini təmin etdiyiniz üçün, dövlətimizin inkişafı uğrunda misilsiz işlər gördüyünüz üçün Sizə təşəkkür edirik.
Allah Sizə yar olsun.
Hörmətlə,
Abbasov Qurbanəli
Kərimov Hikmət
Nemətov Şəfaət
Ağarəhimov Anar
Azərbaycan Respublikası, Masallı rayonu”.
“Möhtərəm cənab Prezident.
Bu çətin günümüzdə bizə yardımçı olduğunuz üçün öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümü bildirirəm. Nə qədər ki, ölkəmizin başında Siz varsınız, heç bir çətinlik ölkəmizə güc gələ bilməz. Allah Sizi qorusun. Yaxşı ki, Sizin kimi ölkə başçımız var. Sizə minnətdarlığımı bildirirəm. İnşallah tez bir zamanda bu bəladan xilas olarıq. Mən özüm kimi hamını evdə qalmağa çağırıram. Özümüzü və ailəmizi qoruyaq. Bir daha təşəkkür edirəm. Sağ olun.
Hörmətlə,
Tərlan Bayramov
Azərbaycan Respublikası, Şamaxı rayonu”.
“Əziz və hörmətli Prezidentimiz.
Mən qürur hissi ilə bildirmək istəyirəm ki, bizim Sizin kimi humanist, əməlisaleh ölkə başçımız var. Bu gün dünyanı bürümüş COVID-19 virusunun ölkəmizdə fəsadlarının qarşısını almaq məqsədilə verdiyiniz tapşırıqlar həlledici rol oynadı. Xalqın narahatlığı nisbətən azaldı, kütləvi yayılma baş vermədi. Xarici ölkələrdə olan vətəndaşlarımızı, həmçinin tələbələri koronavirusdan qorumaq üçün ölkəmizə gətirtdiniz, xəstələrin qeydinə qalan, onların qayğısını çəkən həkimlərin maaşlarını artırdınız. Bir illik əmək haqqınızı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiniz. Vətəndaşlara birdəfəlik ödəmə edilməsi ilə bağlı tapşırıqlar da bir daha sübut etdi ki, Siz xalqımıza, ölkəmizə hər bir sahədə qayğı ilə yanaşırsınız. Saymaqla qurtarmayan, ölçüyəgəlməz işlərdir bunlar.
Gənc, müstəqil Azərbaycan Respublikası bir çox bəlaların öhdəsindən çox məharətlə gəlmişdir və gələcəkdir. Biz buna heç bir tərəddüd etmədən inanırıq. Çünki bizim qüdrətli ordumuz, asayişin keşiyində duran polislərimiz, gecə-gündüz demədən xalqımızın qeydinə qalan həkimlərimiz və Sizin kimi qayğıkeş və cəsarətli Ali Baş Komandanımız, qürur yerimiz var.
Əziz və hörmətli Prezidentimiz, gördüyünüz bütün işlər üçün xalqımız adından bir daha Sizə təşəkkür edir, uzun ömür, cansağlığı, xoş günlər diləyirəm.
Hörmətlə,
Ələsgərova Elnarə Qalib qızı
Azərbaycan Respublikası, Daşkəsən rayonu”.
“Möhtərəm cənab Prezident.
Sizin uğurlarınızı şərtləndirən amillərdən biri də hadisələri öncədən görmək və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirmək bacarığınızdır. Sizin tapşırığınızla görülən çevik, təcili tədbirlər koronavirus bəlasının Azərbaycanda geniş yayılmasına imkan vermədi. Siz populizmdən uzaq, gələcəyə hesablanmış iqtisadi, sosial proqramların müəllifi kimi tanınan dövlət başçısısınız. 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışınızda inkişafımızın və islahatların gələcək konturlarını açıq-aydın göstərdiniz. Ötən dövrdə bu islahatların ardıcıllıqla həyata keçirilməsinin şahidi olduq. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz pandemiyanın yaratdığı bu çətin vəziyyətdən də şərəflə çıxacaq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcəkdir. Belə ki, koronavirusla mübarizənin ilk anlarından verdiyiniz qərarlar tərəfimizdən rəğbətlə qarşılanmışdır. Bu gün Siz də qeyd etdiyiniz kimi, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi, ümumilikdə, 600 minə yaxın insanın dövlətdən maddi dəstək alması dövlətimizin və onun Prezidentinin hər zaman xalqın yanında olması deməkdir. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
İsmayılov Fərman Tərlan oğlu
Azərbaycan Respublikası, Zərdab rayonu, Alıcanlı kəndi”.
“Hörmətli cənab Prezident.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Azərbaycanda mədəniyyətin tərəqqisinə böyük diqqət və qayğı göstərilir. Mən Ulu Öndərin dövründən başlayaraq bu günə kimi sənət adamlarına göstərilən qayğının şahidiyəm. Nə qədər sənətçilərimiz orden və medallarla təltif olunmuş, Prezident təqaüdlərinə layiq görülmüş, sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilmişdir. Mədəniyyət xadimlərinə göstərilən bu diqqət və qayğının nəticəsidir ki, Sizin Sərəncamınızla mən, Qurbanov Bayram Süleyman oğlu da 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşəm.
Cənab Prezident, son dövrlər dünyada geniş yayılmış koronavirus infeksiyası, təəssüflər olsun ki, Azərbaycandan da yan keçməmişdir. Uzaqgörən siyasətçi kimi gördüyünüz qabaqlayıcı tədbirlər, atılan sistemli addımlar nəticəsində bu virusun ölkədə geniş yayılmasının qarşısı alınmışdır. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə bir əməkdar mədəniyyət işçisi kimi Zaqatala rayon mədəniyyət işçiləri adından Sizə təşəkkürümü bildirir, şərəfli və çətin işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Əməkdar mədəniyyət işçisi Bayram Qurbanov
Azərbaycan Respublikası, Zaqatala rayonu”.
“Möhtərəm cənab Prezident.
Xalqımızın qayğısına qalmaqla bütün çətin vəziyyətdə bizləri sevindirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi xalqa sevdirən ən mühüm xüsusiyyət əsl dövlət başçısına xas qətiyyətiniz, atdığınız hər bir addımda milli maraqları öndə tutmanızdır. Verdiyiniz hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq Sizin həyat fəlsəfənizdir. Bu çətin pandemiya vəziyyətində xalqımızın sağlamlığını hər şeydən üstün tutmağınız bizləri daha da qürurlandırır. Sizə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Allah Sizi xalqımıza çox görməsin. Sizə cansağlığı, uzun ömür arzulayıram.
Hörmətlə,
Vicay Cavadov
Azərbaycan Respublikası, Gədəbəy rayonu”.
“Möhtərəm cənab Prezident.
Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Azərbaycan təhsilinə, müəllimin əməyinə verdiyiniz dəyər və şagirdlərin sağlamlığını düşünməyiniz Sizin dahi Lider olduğunuzu bir daha sübut edir.
Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizinlə qürur duyuruq.
Hörmətlə,
Şabran şəhər T.Abbasov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Ruziyyə Kərəmova
Azərbaycan Respublikası, Şabran rayonu”.
“Möhtərəm cənab Prezident.
Dünyəvi təhlükə olan koronavirus ilə qarşı-qarşıyayıq. Bilirik ki, COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Sizin “hər kəs evdə qalmaqla yoluxucu - öldürücü virusun geniş şəkildə vüsət almasının qarşısını almalıdır” tapşırığı respublikamızda bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə böyük töhfə vermişdir. Sizin rəhbərliyinizlə əhali bu təşəbbüs ətrafında səfərbər olaraq koronavirusla mübarizə istiqamətindəki işlərə həmrəylik nümayiş etdirmişdir. Sizin uzaqgörən siyasəti və humanist addımları nəticəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarət altında saxlanılır.
Hörmətli cənab Prezident, ölkəmizin gələcəyi naminə gördüyünüz bütün tədbirlərdə Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Musayeva Aygün
Azərbaycan Respublikası, İmişli rayonu, Otuz iki kəndi”.