La Liqa nümayəndəsi: “Çempionatın təsdiqlənmiş bərpa tarixi yoxdur”

La Liqa nümayəndəsi: “Çempionatın təsdiqlənmiş bərpa tarixi yoxdur”
# 08 may 2020 10:28 (UTC +04:00)

İspaniya La Liqası koronavirus pandemiyası üzündən dayandırılan çempionatın iyunun 20-də bərpa olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qurumun rəsmi təmsilçisi bərpa vaxtı ilə bağlı qərar verilmədiyini açıqlayıb.

Adı açıqlanmayan qurum rəsmisi öncə məşqlərin bərpasını zəruri sayıb: “Bizdə turnirin bərpası ilə bağlı təsdiqlənmiş tarix yoxdur. Öncə klublar məşqlərə qayıtmalıdır. Yalnız bundan sonra hökumətin qərarını gözləyəcəyik. Əgər onlar icazə versə, iyunda qayıtmağı planlaşdırırıq”.

Qeyd edək ki, La Liqanın iyunun 20-də bərpa olunması və iyulun 26-da yekunlaşması iddia olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR