Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar aparılacaq

Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar aparılacaq
# 17 mart 2020 13:23 (UTC +04:00)

Özəl tibb müəssisələri sahibkarlıq subyektlərində dövlət tərəfindən yoxlamalar həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, özəl tibb müəssisələrində dövlət tərəfindən yoxlamalar həyata keçirilə biləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, 2015-ci il noyabrın 1-dən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR