Şabranda dənizdə batan 5 azyaşlı xilas edilib - YENİLƏNİB - FOTO

Şabranda dənizdə batan 5 azyaşlı xilas edilib - YENİLƏNİB - FOTO
# 02 avqust 2019 12:18 (UTC +04:00)

Xəzər dənizinin Şabran rayonu sahilində çimərkən boğulmaq təhlükəsi ilə üzləşən 5 azyaşlı xilas edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, xilas olunan uşaqlardan ikisi - 4 yaşlı Əhmədov Mikayıl Ağabəy oğlu və 12 yaşlı Zamanov İlqar Bəylər oğlunun səhhətində problemlər olduğu üçün onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Digər üç azyaşlı isə yaxınlarına təhvil verilib.

***

Saat 10:14

Xəzər dənizinin Şabran rayonu sahilində çimərkən boğulmaq təhlükəsi ilə üzləşən 2 azyaşlı xilas edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şabran rayon sakinləri 4 yaşlı Əhmədov Mikayıl Ağabəy oğlu və 12 yaşlı Zamanov İlqar Bəylər oğlu xilas olunaraq Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən uşaqların vəziyyəti normaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR