Neft Fondu investisiya portfelində dolların həcmini azaldıb

Neft Fondu investisiya portfelində dolların həcmini azaldıb
# 02 avqust 2019 10:36 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 iyun 2019-cu il tarixinə investisiya portfelinin 54,6%-i ABŞ dolları təşkil edib (bu ilin birinci rübün nəticələrinə görə, bu göstərici 55% təşkil edirdi).

APA-Economics”in Neft Fondunun 2019-cu ilin birinci yarısının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, iyunun 30-a avro ARDNF-ın investisiya portfelinin 34,1%-ni, funt-sterlinq 4,6%-ni, Avstraliya dolları 0,6%-ni, Türkiyə lirəsi 0,7%-ni, Rusiya rublu 0,7%-ni, Koreya vonu 0,4%-ni, Çin yuanı 1,2%-ni, Yaponiya yeni 1,6%-ni, digər valyutalar isə 1,5%-ni təşkil edib.

Həmçinin ARDNF-ın investisiya portfelinin 0,3 mln. dollarını (ekvivalent) manat təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 4 356,4 mln. dollarlıq hissəsini (10,3%) qızıl investisiyaları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR