İki minədək uşaq məktəbəqədər təhsilə cəlb olunub

İki minədək uşaq məktəbəqədər təhsilə cəlb olunub
# 02 avqust 2019 13:22 (UTC +04:00)

Təhsil İnstitutu UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsili yaxşılaşdırması” layihəsi həyata keçirilir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri də yaradılıb.

İcma əsaslı məktəbəqədər təhsil layihəsinin meneceri İlahə Rəsulova institutun bu sahədə fəaliyyəti istiqamətində görülən işlər və qazanılan nailiyyətlər barədə məlumat verib. Bildirib ki, hazırda UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icma qrupları vasitəsi ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə layihə icra olunur. Layihə çərçivəsində ucqar kəndlər və sərhəd zonaları da daxil olmaqla Bakı, Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba, Xaçmaz, Şabran, Neftçala və Şirvanda ümumilikdə 100 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir. Hər məktəbdə orta hesabla 20 nəfər olmaqla ümumilikdə 2000-dək 3 və 4 yaşlı uşaq bu layihə üzrə məktəbəqədər təhsilə cəlb olunub. Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla yerli və eston mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası-sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.

İcma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir və bu minvalla müəllimlərin faktiki olaraq təlim prosesində köməkçilərinə çevrilirlər.

Layihə çərçivəsində məlumatlılığın səmərəliyini artırmaq üçün mobil-elektron proqram yaradılacaq. Eyni zamanda yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılması da nəzərdə tutulur. Azərbaycanın 32 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə daha 300-ə yaxın belə bir qrup fəaliyyət göstərəcək. Bununla da bölgələrdə yaşayan 3 və 4 yaşlarında olan 6 minə yaxın uşaq məktəbəqədər təhsil imkanından faydalana biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR