Cəlilabadda meyiti tapılan şəxsin kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, dünən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin taxıl sahəsinin kənarında meyiti tapılan şəxsin Göytəpə şəhər sakini, 1963-cü il təvəllüdlü Tacəddin Ağalar oğlu Kərimov olduğu müəyyən edilib.
Meyit tapılarkən üzərində xəsarət əlamətləri olmayıb. Onun yüksək dozalı narkotik qəbul etdikdən sonra öldüyü bildirilir.