Abşeronda sirkə turşusundan zəhərlənən qadın ölüb.
APA-nın xəbərinə görə, 1933-cü il təvəllüdlü Qəhrəmanova Həcər Xeyrəddin qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sail Ağasəlim