Ucarda maşın aşıb, iki nəfər yaralanıb - YENİLƏNİB

Ucarda maşın aşıb, iki nəfər yaralanıb - YENİLƏNİB
# 30 may 2019 22:21 (UTC +04:00)

Ucarda yol qəzasında xəsarət alanların adları məlum olub.

ONA-nın yerli bürosunun məlumatına görə, bunlar "Mercedes"in sürücüsü - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Cavidan Yasin oğlu Rəhimli və sərnişin, Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Vüsal Zakir oğlu Yəhyayevdir.

***

Saat 19:48

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə hələ ki şəxsiyyəti müəyyən olunmamış 2 nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR