Pentaqon kosmosun öyrənilməsi zamanı Rusiya ilə əməkdaşlığı qadağan edəcək

Pentaqon kosmosun öyrənilməsi zamanı Rusiya ilə əməkdaşlığı qadağan edəcək
# 30 may 2019 18:13 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi kosmosun öyrənilməsi zamanı Rusiyanın peyk xidmətlərindən istifadəyə qadağa qoyacaq.

ONA-nın "Sputnik" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin müdafiə sahəsində təhcizatla bağlı nizamnaməsinə edilən yeni düzəlişdə qeyd olunub.

Yeni qadağa 2022-ci il dekabrın 31-dən qüvvəyə minəcək.

Rusiya ilə yanaşı, Çin, İran, Şimali Koreya, Suriya və Sudanla da bu sahədə əməkdaşlıq məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR