Aİ Beynəlxalq Valyuta Fondunun direktoru vəzifəsinə namizədini irəli sürüb

Aİ Beynəlxalq Valyuta Fondunun direktoru vəzifəsinə namizədini irəli sürüb
# 03 avqust 2019 14:55 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru vəzifəsinə namizədini irəli sürüb.

APA “The New York Times”a istinadən xəbər verir ki, bolqarıstanlı Kristalina Georgiyevanın Beynəlxalq Valyuta Fondunun direktorluğuna namizədliyi təklif olunub.

Qeyd edək ki, bu il iyulun 16-da BVF-nın indiki rəhbəri Kristin Laqard istefa verib. Kristin Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb. İyulun 9-da Avropa İttifaqı ölkələrinin iqtisadiyyat və maliyyə nazirləri onun namizədliyini dəstəkləyiblər. Aİ Parlamenti Kristin Laqardın namizədliyini təsdiqləyəcəyi təqdirdə, o, oktyabrın 31-də Avropa Mərkəzi Bankının yeni rəhbəri qismində Mario Draqini əvəz edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR