Gürcüstan Milli Bankının 16 əməkdaşı koronavirusa yoluxub.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından məlumat verilib.
Daha əvvəl isə bu ölkənin baş bankının 7 əməkdaşının koronavirusa yoluxması təsdiqlənib. Məlumatda həmçinin qeyd olunub ki, hazırda Gürcüstan Milli Bankının əməkdaşlarının 90%-i distant fəaliyyət göstərirlər.