“Koronavirus pandemiyası Qələbə Paradının hazırlığına, habelə xarici tərəfdaşlarla əməkdaşlığa əhəmiyyətli düzəlişlər edib”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında deyib.
Putin Paradın qonaqlarının təhlükəsizliyinin tam təmin olunmasının vacibliyini vurğulayıb: “Sözsüz ki, bizə qonaqlarımızın tam təhlükəsizliyi təmin etmək lazım olacaq”.
İclasda çıxış edən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu hərbçilərin və hərbi texnikanın Qırmızı meydanda keçiriləcək Qələbə Paradına hazır olduğunu, bu günə kimi üç dəfə məşq keçirildiyini qeyd edib.
Xatırladaq ki, koronavirus pandemiyasında görə faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradın 9 mayda keçirilməsi baş tutmayıb. Parad iyunun 24-nə, paradın 1945-ci ildə ilk dəfə keçirildiyi tarixə təyin olunub.