Azərbaycan əhalisi nağd avronun alışını azaldıb

Azərbaycan əhalisi nağd avronun alışını azaldıb
# 08 iyul 2019 16:38 (UTC +04:00)

Azərbaycanda əhali tərəfindən 2019-cu ilin yanvar-may ayları ərzində satılmış nağd avronun həcmi 92 456,6 avro, alışın həcmi isə 270 372,7 avro təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi 8,6% artıb, alış həcmi isə 2,6% azalıb.

Beləliklə, yanvar-may aylarının yekunlarına görə, əhali tərəfindən nağd avronun satışı alışın həcmini 2,9 dəfə üstələyib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında avronun orta məzənnəsi 1,9201 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR