Əcnəbilərə və vətəndaşlığı olmayanlara iş icazəsinin verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib

Əcnəbilərə və vətəndaşlığı olmayanlara iş icazəsinin verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib
# 23 may 2019 15:34 (UTC +04:00)

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni dövlət rüsumları müəyyən edilib.

ONA-nın məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 18.58-ci bəndi yeni redaksiyada verilir.

Belə ki, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı dövlət rüsumları tutulacaq:

On iş günü müddətinə verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək – 700 manat;

6 ayadək – 900 manat;

1 ilədək – 1400 manat.

On beş iş günü müddətinə verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək – 500 manat;

6 ayadək – 700 manat;

1 ilədək – 1200 manat.

On beş iş günü müddətinə verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək – 350 manat;

6 ayadək – 600 manat;

1 ilədək – 1000 manat.

Qanun layihəsinə dəyişiklik 2019-cu il iyulun 1-də qüvvəyə minəcək.

Hazırkı qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 3 ayadək - 350 manat, 6 ayadək - 600 manat, 1 ilədək - 1000 manat dövlət rüsumu alınır.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik layihəsi Milli Məclisin mayın 30-da və 31-də keçiriləcək iclaslarında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR