Gürcüstanda daha 11 min ailə qazla təmin ediləcək

Gürcüstanda daha 11 min ailə qazla təmin ediləcək
# 24 yanvar 2017 15:44 (UTC +04:00)

Gürcüstanın müxtəlif bölgələrində yaşayan 11 mindən çox ailə təbii qazla təmin ediləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Nazirlər Kabinetinin bu gün keçirilən iclasında çıxış edən baş nazir Giorgi Kvirikaşvili bildirib ki, bu məqsədlə dövlət büdcəsindən 20 milyon lari ayrılacaq.

O, indiyədək ölkənin ayrı-ayrı yaşayış məntəqələrinin qazlaşdırılmasına 241 milyon lari (90 mln. dollar) ayrıldığını və 160 mindən çox abonentin təbii qazla təmin olunduğunu bildirib: “Bu gün daha 34 kəndin qazlaşdırılması barədə qərar qəbul edilib. Gürcüstanın qazlaşdırılması prosesi 2017-ci ildə başa çatacaq. Bu işləri “SOCAR Georgia Gas” həyata keçirəcək”.

Qeyd edək ki, “SOCAR Georgia Gas” 2008-2016-cı illərdə 600 yaşayış məntəqəsini qazlaşdırıb. Görülmüş işlər nəticəsində 5 364 kilometr uzunluğunda qaz boru xətti çəkilib. Nəticədə 209 min potensial abonent şəbəkəyə qoşulmaq imkanı əldə edib. Hazırda “SOCAR Georgia Gas” şirkəti 500 min abonentə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR