Daşkəsəndə 27 yaşlı kişi özünə xəsarət yetirib

Daşkəsəndə 27 yaşlı kişi özünə xəsarət yetirib
# 03 avqust 2019 18:52 (UTC +04:00)

Daşkəsən sakini özünə bıçaqla xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun A.Abdullayev küçəsində 27 yaşlı Babək Əliyev özünə çox saylı bıçaq xəsarəti yetirib.

O, dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Həmin şəxsin özünə hansı şəraitdə xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı Daşkəsən rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR