Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib
# 09 iyul 2019 03:45 (UTC +04:00)

Dövlət Sularda Xilasetmə Xidmətinə Novxanı çimərliyində 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın yerli bürosunun məlumatına görə, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Həmin şəxslərə ilkin tibbi yardım göstərilib və onlar təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR