Bakıda boğulma təhlükəsi ilə üzləşən iki nəfərdən biri xilas edilib

Bakıda boğulma təhlükəsi ilə üzləşən iki nəfərdən biri xilas edilib
# 03 avqust 2019 17:14 (UTC +04:00)

Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.

APA xəbər verir ki, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub, məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb.

Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR