Özbəkistanda daha 17 nəfərdə yeni növ koronavirusa yoluxma halı aşkarlanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 1582 nəfərdir.
Sağalanların sayı isə 13 nəfər artaraq 225-dən 238-ə yüksəlib, 5 xəstə vəfat edib.
Qeyd edək ki, ölkədə karantin məhdudiyyətləri mayın 10-dək uzadılıb.