Kürdəmirdə evdə baş verən yanğında bir nəfər ölüb

Kürdəmirdə evdə baş verən yanğında bir nəfər ölüb
# 29 may 2019 16:56 (UTC +04:00)

Kürdəmir rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərər görə, yanğının kəşfiyyatı zamanı 1978-ci il təvəllüdlü Əliyev Namiq Rafiq oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR