Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmistan Qasımov idarə etdiyi "VAZ 21014" markalı avtomobillə 50-55 yaşlarında kişini vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.