"ASAN xidmət"in dəstəyi ilə şəffaf maskalar hazırlanıb

"ASAN xidmət"in dəstəyi ilə şəffaf maskalar hazırlanıb
# 21 aprel 2020 19:15 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti tərəfindən ilkin olaraq 2 000 ədəd şəffaf maska (üz sipəri) hazırlanıb.

“ASAN xidmət”dən APA-ya verilən məlumata görə, insan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsi ilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Bu maskalarla ilk olaraq COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar vəzifə tələbinə uyğun olaraq kütləvi təmasda olan polis və jurnalistlər təmin olunacaqlar. Eyni zamanda açıq satışda olacaq bu maskalar birdəfəlik deyil, bir neçə dəfə istifadə oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR