Heiko Maas: “AB ölkələri arasında səyahətlər razılaşdırılsa belə, qısa müddətdə tətbiq olunmayacaq”

Heiko Maas: “AB ölkələri arasında səyahətlər razılaşdırılsa belə, qısa müddətdə tətbiq olunmayacaq”
# 29 aprel 2020 23:26 (UTC +04:00)

“Almaniya hökuməti xarici ölkələrə səyahət üçün tətbiq edilən məhdudiyyətlər ləğv olunsa belə, riskin qalacağını bəyan edib”.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici işlər naziri Heiko Maas Avropa Birliyi ölkələri arasında səyahətlərə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması mövzusuna münasibət bildirərkən deyib.

O, bununla bağlı Almaniyanın Avropa Birliyi tərəfdaşları ilə razılaşdırılmış həll yolunu müzakirə edəcəyinə ümid etdiyini söyləyib: “Hökumət həftədə bir dəfə olaraq səyahət məhdudiyyətlərinin qaldırılıb-qaldırılmayacağına yenidən baxacaq. Lakin razılaşma olsa belə, istirahət üçün nəzərdə tutulmuş səyahətlərə qarşı çıxmağı tövsiyə edərdim”.

Nazir əlavə edib ki, ölkələr arasında səyahətlər razılaşdırılsa da, qısa müddətdə tətbiq olunmayacaq.

Maasın sözlərinə görə, ölkələr arasında baş tutacaq səyahət rejimlərində fikir ayrılıqlarının olacağı istisna edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR