“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və IRCICA arasında memorandum imzalanıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və IRCICA arasında memorandum imzalanıb
# 02 may 2019 12:32 (UTC +04:00)

Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi (IRCICA) arasında rəsmi memorandum imzalanıb.

ONA xəbər verir ki, memorandu İdarənin sədri Əsgər Ələkbərov və IRCICA-nın baş katibi Xalid Ərən imzalayıblar.

Əsgər Ələkbərov bildirib ki, IRCICA Azərbaycanın mədəni irsinin tanıdılmasında böyük işlər görüb: "Bunun davamı olaraq, ötən il noyabrın 26-da İstanbulda qarşılıqlı əməkdaşlığa dair müqavilə imzaladıq. Bu gün isə müvafiq memarondum imzalayırıq. Bildiyiniz kimi, bu torpaqlarda tarix boyu böyük sənətkarlar yaşayıblar. Bu il keçiriləcək festivalda sənətkarlarımızın əl işlərini təqdim edəcəyik".

Xalid Ərən isə bu əməkdaşlığın daha da dərinləşməsindən məmnun olduğunu söyləyib: "Bir çox planımız var, onlardan biri də Qarabağdakı mədəni mirasın qorunması ilə bağlıdır. Bundan başqa biz  IRCICA olaraq "İçərişəhər" qoruğunun zəngin əl sənətlərini dünyaya tanıtdırmaq üçün çalışırıq. Bu məqsədlə sentyabr ayında sənətkarlıq festival keçirilməsi planlaşdırılır".

"İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə əlaqədar olaraq sənətkarlıq festivalının İmadəddin Nəsimiyə həsr olunacağını deyib.

Qeyd edək ki, IRCICA 1980-ci ildə fəaliyyətə başlayıb, hazırda 56 İslam ölkəsini öz ətrafında birləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR