Slovakiya millisi Azərbaycanla oyun üçün heyəti açıqlayıb

Slovakiya millisi Azərbaycanla oyun üçün heyəti açıqlayıb
# 28 may 2019 15:01 (UTC +04:00)

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Slovakiya yığmasının heyəti açıqlanıb.

ONA-nın məlumatına görə, baş məşqçi Paval Hapal iyun ayındakı oyunlar üçün heyətə 29 futbolçu çağırıb.

Qapıçılar: Martin Dubravka ("Nyukasl", İngiltərə), Matuş Kozaçik ("Viktoriya", Çexiya), Marek Rodak ("Roterham", İngiltərə), Dominik Qreyf (“Slovan”);

Müdafiəçilər: Peter Pekarik ("Herta", Almaniya), Lukaş Ştetina ("Sparta", Çexiya), Lyubomir Şatka ("Dunayska Streda", Çexiya), Milan Şkrinyar ("İnter", İtaliya), Denis Vavro ("Kodan"), David Hançko ("Fiorentina", İtaliya), Branislav Ninay (“Fortuna”, Hollandiya), Robert Mazan (“Benatki”);

Yarımmüdafiəçilər: Patrik Qroşovski ("Viktoriya", Çexiya), Stanislav Lobotka ("Selta", İspaniya), Yan Qrequş ("Minnesota Yunayted", ABŞ), Yuray Kuçka ("Parma", İtaliya), Matuş Bero ("Vitess", Hollandiya), Marek Hamşik ("Taylan Lifan", Çin), Andrey Duda ("Herta", Almaniya), Martin Xrien ("Santa Klara", Meksika), Laslo Benes (“Holsteyn”, Almaniya), Albert Ruşnak ("Real Solt Leyk", ABŞ), Robert Mak ("Zenit", Rusiya), Yaroslav Mixalik ("Jilina"), Miroslav Stoç ("Slaviya", Çexiya), Lukas Harastin (“Lexiya”, Polşa);

Hücumçular: Pavol Şafranko ("Dandi Yunayted", Şotlandiya), Samuel Mraz (“Krotone”, İtaliya), Robert Bojeník (“Jilina”).

Qeyd edək ki, Slovakiya millisi iyunun 7-də Trnavada İordaniya ilə yoxlama, 11-də Bakıda Azərbaycanla seçmə oyununda üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR