Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb
# 08 iyun 2020 21:40 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda39361 şübhəli koronavirus testindən keçib, onlardan 989-nun cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4711 nəfər ölüb, 171121 nəfər bu infeksiyaya yoluxub, 141380 nəfəri isə müalicə olunub.

Nazir bildirib ki, intensiv terapiyada olan xəstə sayı azalıb, evə buraxılan xəstə sayı isə artıb. Bu gün 3411 xəstə sağalaraq evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR