BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib
# 30 oktyabr 2019 16:53 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103076S dövlət qeydiyyat nömrəli, 170 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99,8730 AZN (6,00%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 655 991 200 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 AZN (6,00%), orta ölçülmüş qiyməti isə 99,5351 AZN (6,00%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 28 noyabr 2019-cu ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR