Bakıda 43 min dollarlıq dələduzluq edən qadın saxlanılıb

Bakıda 43 min dollarlıq dələduzluq edən qadın saxlanılıb
# 04 iyul 2019 12:35 (UTC +04:00)

Bakı şəhər sakini A.İsmayılov bu il yanvarın 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43 min ABŞ dollarının alındığını bildirib.

​Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4 min manatını alması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR