Azərbaycanda elektrik enerjisinə tələbat artıb

Azərbaycanda elektrik enerjisinə tələbat artıb
# 03 iyul 2019 12:19 (UTC +04:00)

“Azərenerji” ASC 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11,54 milyard kVts-dan artıq elektrik enerjisi istehsal edilib, bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 mln. kVt-saat çoxdur.

APA-Economics”in ASC-yə istinadən verdiyi məlumata əsasən, yanvar-iyun aylarında “Azərenerji” tərəfindən xarici dövlətlərə 648 mln. kVt-saat elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 mln. kVt-saat çoxdur.

Məlumata əsasən, 2018-ci ilin birinci yarım ili ilə müqayisədə 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində elektrik enerjisinə tələbat da 586 mln. kVt-saat artıb. Göstərilən 6 ay ərzində yüzlərlə - çoxmərtəbəli binalar, sahibkarlıq obyektləri, sənaye məhəllələri, aqroparklar, zavodlar, fabriklər, bir sözlə iqtisadiyyatın, sənayenin o cümlədən əhalinin artan tempinə uyğun olaraq istehlak çoxalıb. “Azərişıq” ASC-nin məlumatına görə, vətəndaşlarının sayı 10 mln-u keçən Azərbaycanda təkcə 2019-cu ilin birinci yarım ilində “ASAN xidmət” və elektron qaydada 12 mindən artıq əhali və qeyri əhali abonent elektrik şəbəkəsinə qoşulub.

Təkcə 2019-cu ilin arxada qalan yarım ili və ya 181 günü ərzində tələbatın bü səviyyədə artımı sözsüz ki, yeni generasiya güclərinin yaradılmasını, elektrik stansiyalarında “itirilmiş” güclərin bərpa edilməsini və ən əsası isə enerji sistemin etibarlılığı və dayanıqlığını daha müasir üsullarla təmin etməyi zəruri edir, məlumatda bildirilir.

Məhz bu məqsədlə ötən ilin sonuncu rübündən başlayaraq “Azərenerji” ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır. 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR