İyulun 12-dən Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, istehsalat zərurəti ilə əlaqədar olaraq, hərəkət qrafikini sərnişin sıxlığına uyğunlaşdırılması məqsədilə iyulun 12-dən etibarən Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək.