Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.
Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunan meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmayıb.
Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, İqdisadiyyat Nazirliyinə müraciət etməyən vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılan “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.