Nazirlər Kabineti nəqliyyat vasitələrinin komisyon satışı qaydalarına dəyişiklik edib

Nazirlər Kabineti nəqliyyat vasitələrinin  komisyon satışı qaydalarına dəyişiklik edib
# 15 oktyabr 2020 18:16 (UTC +04:00)

Nəqliyyat vasitələri və ehtiyat hissələri mağaza tərəfindən satışa mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış komissiya müqaviləsinə əsasən qəbul ediləcək.

APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisyon satışı qaydaları haqqında” qərarına dəyişiklik edilib. 

Digər dəyişikliklə mağaza ilə alıcı arasında nəqliyyat vasitəsinin və nömrəli aqreqatın (qovşaqların) satışına dair mülki qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılacaq.  Nəqliyyat vasitəsinin satışı zamanı mağaza tərəfindən alıcıya “Tranzit” nömrə nişanı, habelə nəqliyyat vasitəsinin texniki pasportu və qeydiyyat şəhadətnaməsi, digər hissələr, qovşaqlar və ehtiyat hissələri satılarkən isə qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) veriləcək.

Həmçinin, Satılmış nəqliyyat vasitələrinin dəyəri mal sahibinə mal satıldıqdan sonra 3 gün müddətində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan  Respublikasının Qanununa uyğun olaraq nağdsız qaydada və ya nağd yolla ödəniləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR