Bakıda avtobus qəzası baş verib, ölən və yaralananlar var - FOTO

Bakıda avtobus qəzası baş verib, ölən və yaralananlar var - FOTO
# 02 avqust 2019 12:52 (UTC +04:00)

Bakı şəhərində yol qəzası baş verib.

APA-nın xəbərinə görə, Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Onların vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, baş verən qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR