ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) islahatların aparılmasına dair razılığa gəliblər.
APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Cadd Dir bildirib.
"Prezident Tramp və prezident Makron ÜST-də islahatların aparılmasının zəruriliyini bildirərək, bununla bağlı həmfikir olduqlarını nümayiş etdiriblər", - Dir belə deyib.
Onun sözlərinə görə, prezidentlər BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün (ABŞ, Fransa, Rusiya, Çin və Böyük Britaniya) iclasını çağıracaqlarını və BMT-nin koronavirusa qarşı reaksiyasının müzakirə olunacağını bildiriblər.
Liderlər arasında baş tutan telefon bağlantısı zamanı regional və ikitərəfli məsələlər də müzakirə olunub.